Bank Of Baku

MDB ilə UNESCO arasında elm, mədəniyyət və təhsil sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

MDB ilə UNESCO arasında elm, mədəniyyət və təhsil sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
# 29 noyabr 2008 10:11 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Dünən Parisdə MDB-nin üzv-ölkələri Dövlətlərarası humanitar əməkdaşlıq Fondu ilə UNESCO təşkilatı arasında elm, mədəniyyət və təhsil sahəsində əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalanıb.
APA-nın Rusiyanın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, MDB adından sənədi Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan imzalayıb.
«Əminəm ki, yeni saziş UNESCO-nun əhatə etdiyi bütün sahələrdə MDB ölkələri ilə əməkdaşlıq üçün yeni qapılar açacaq», - deyə UNESCO-nun baş direktoru Koişiru Matsuura bildirib.
İmzalanmış sənədə əsasən, tərəflər birlikdə MDB ölkələri ərazisində təhsil üzrə ümumi proqramlar həyata keçirəcək, muzey işçiləri üçün monitorinq və treninqlər, həmçinin elm və təhsil sahələrində layihələr reallaşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR