Bank Of Baku

NATO ilə Azərbaycan arasında imzalanan proqrama uyğun olaraq tədbirlər keçiriləcək

NATO ilə Azərbaycan arasında imzalanan  proqrama uyğun olaraq tədbirlər  keçiriləcək
# 01 dekabr 2008 07:41 (UTC +04:00)
Bakı-APA. NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində İsveçrənin Valensdat şəhərində Əməliyyat İmkanları Konsepsiyası Məlumat Bazası üzrə işçi görüşü keçiriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, tədbir dekabrın 2-dən 4-ə qədər davam edəcək. Bu gün isə “Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə olaraq Türkiyənin Ankara şəhərində Sərhəd təhlükəsizliyinə nəzarət üzrə kurs başlanacaq. Bu gün həmçinin İsveçin Kungsangen şəhərində Mülki-Hərbi Əməkdaşlıq kursu start götürəcək. Dekabrın 2-dən 4-ə kimi Latviyanın Riqa şəhərində Cənubi Qafqaz və Moldova üzrə «Cilearinq House» konfransı keçiriləcək. Almaniyanın Qarmiş şəhərində isə “Regional informasiya mübadiləsi” mövzusunda seminar 9-11 dekabr tarixlərində realLaşacaq. Məlumata görə, ABŞ-ın Norfolk şəhərində Silahlı Qüvvələrdə Transformasiya üzrə işçi görüşü dekabrın 10-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR