Bank Of Baku

Azərbaycanla hərbçiləri Türkiyə, Rumıniya, Latviya arasında imzalanan əməkdaşlıq planına uyğun olaraq tədbirlərdə iştirak edəcəklər

Azərbaycanla hərbçiləri Türkiyə, Rumıniya, Latviya arasında imzalanan əməkdaşlıq planına uyğun olaraq tədbirlərdə iştirak edəcəklər
# 01 dekabr 2008 07:52 (UTC +04:00)
Bakı-APA. Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq bu gün Ankara şəhərində Yanıqlarda ilk yardım kursu başlanacaq. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, kurs dekabrın 31-dək davam edəcək. Məlumata görə, Azərbaycanla Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Buxarest şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyası nümayəndələrinin Rumıniyanın Milli Müdafiə Kollecini ziyarəti keçiriləcək. Tədbir dekabrın 3-dən 7-dək davam edəcək. Bundan başqa, Azərbaycanla Latviya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Mülki heyətin vəzifələrdə irəliləmə məsələləri, dənizdə xilasetmə əməliyyatları və Hərbi Dəniz Qüvvələrinin rolu mövzunda seminarlar keçiriləcək. Tədbirlər dekabrın 11-dən 13-dək davam edəcək. Bundan başqa, dekabr ayında Almaniyanın Ştutqard şəhərində Hüquq məsləhətləşmələri, ABŞ-ın San-Antonio şəhərində isə Beynəlxalq MTT zabiti kursu baş tutacaq. Məlumata görə, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR