Bank Of Baku

Türkmənistan prezidenti: “Türkmənbaşı sammiti qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı üçün yeni stimul olacaq”

Türkmənistan prezidenti: “Türkmənbaşı sammiti qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı üçün yeni stimul olacaq”
# 01 dekabr 2008 08:26 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Türkmənbaşıda əldə olunmuş razılaşmalar 3 dost ölkənin və bütün regionun maraqlarına cavab verən əməkdaşlığın aktivləşməsinə imkan verəcək. APA-nın məlumatına görə, bunu Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Türkiyə və Azərbaycan prezidentləri Abdulla Gül və İlham Əliyevin iştirakı ilə Türkmənbaşıda keçirilən üçtərəfli sammitin nəticələri barədə Nazirlər Kabinetinin iclasında bildirib.

O, ilk dəfə keçirilən Türkmənistan-Azərbaycan-Türkiyə sammitinin böyük iqtisadi və geosiyasi potensiala malik 3 ölkənin və onların xalqlarının tarixi dostluğu və qardaşlığı üzərində qurulan qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı üçün yeni stimul olacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR