Bank Of Baku

Əli Babacan: “Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir göstərəcək”

Əli Babacan: “Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir göstərəcək”
# 01 dekabr 2008 10:07 (UTC +04:00)
APA-nın məlumatına görə, nazirlər Elmar Məmmədyarov və Əli Babacan görüşdən sonra jurnalistlər üçün brifinq keçiriblər. Azərbaycan xarici işlər nazirinin sözlərinə görə, görüşdə iki ölkə arasında münasibətlər, regionda baş verən proseslər, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları, Türkiyənin irəli sürdüyü Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması ideyası, Türkiyə və Azərbaycanın birgə iştirak etdikləri enerji layihələri ətrafında geniş müzakirələr aparılıb. Hər iki nazir görüşdə Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıldığını, bu layihənin gerçəkləşməsinin hər iki ölkə üçün vacib olduğunu bildiriblər.

Türkiyənin xarici işlər naziri Əli Babacan hazırda Azərbaycanla Ermənistan, Rusiya ilə Gürcüstan, Türkiyə ilə Ermənistan arasında problemlər olduğunu qeyd edərək deyib ki, regionda normal münasibətlərin qurulması üçün bu problemlər həll olunmalıdır. Münaqişələrin dialoq yolu ilə həllinin vacibliyini vurğulayan Ə. Babacan bildirib ki, problemlərin həllini gələcək nəsillərə saxlamaq olmaz: “Türkiyə bölgədə sülh və sabitlik olmasını istəyir”.

Türkiyənin xarici işlər naziri “Ermənistanla Türkiyə arasında sərhədlər nə vaxt açılacaq” sualına konkret cavab verməyib. Ə. Babacan deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə ilə Ermənistanın münasibətlərinə müsbət təsir göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR