Bank Of Baku

Helsinkidə Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının ilk yığıncağı keçirilə bilər

Helsinkidə Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının ilk yığıncağı keçirilə bilər
# 01 dekabr 2008 10:26 (UTC +04:00)
Ankara – APA. ATƏT xarici işlər nazirlərinin toplantısı çərçivəsində Helsinkidə Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının ilk yığıncağı keçirilə bilər. APA-nın “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əli Babacan deyib. Azərbaycana səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlama verən Ə. Babacan bildirib ki, 5 ölkənin qatılacağı yığıncaq ekspertlər səviyyəsində olacaq. Görüşdə Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının məqsədi, vəzifələri, prinsipləri və mexanizmləri müzakirə ediləcək.

Nazir Helsinkidə Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün baş tutub-tutmayacağının hələlik dəqiqləşmədiyini, amma hər iki ölkədən olan həmkarları ilə ayrı-ayrılıqda görüşəcəyini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR