Bank Of Baku

Azərbaycan prezidenti Əfqanıstan Milli Assambleyasının sədrini qəbul edib

Azərbaycan prezidenti Əfqanıstan Milli Assambleyasının sədrini qəbul edib
# 01 dekabr 2008 11:11 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 1-də Əfqanıstan Milli Assambleyasının sədri Məhəmməd Yunis Qanuninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı Azərbaycanla Əfqanıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığın siyasi, iqtisadi və digər sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Qarşılıqlı əməkdaşlığın möhkəmlənməsində parlamentlərarası əlaqələrin önəminə toxunan dövlət başçısı bu səfərin Azərbaycan-Əfqanıstan münasibətlərinin inkişafı üçün mühüm addım olacağına ümidvar olduğunu deyib.

Öz növbəsində, Məhəmməd Yunis Qanuni iki ölkə arasındakı dostluq əlaqələrindən məmnunluğunu söyləyib. Qonaq deyib ki, Azərbaycanla münasibətlər Əfqanıstanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Məhəmməd Yunis Qanuni iki ölkə arasında əlaqələrin, o cümlədən parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı səfərlərin böyük əhəmiyyəti olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR