Bank Of Baku

Baş konsul Həsən Zeynalov: “Qarsdakı abidəni Ermənistanla barışığın yox, Türkiyənin sülhsevərliyinin rəmzi kimi təqdim edirlər”

Baş konsul Həsən Zeynalov: “Qarsdakı abidəni Ermənistanla barışığın yox, Türkiyənin sülhsevərliyinin rəmzi kimi təqdim edirlər”
# 01 dekabr 2008 12:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Türkiyənin Qars şəhərində ermənilərlə dostluğun rəmzi kimi inşa olunan abidə demək olar ki, hazırdır. Bu barədə APA-ya Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov məlumat verib. O, abidənin beynəlxalq fondların dəstəyi ilə Qars bələdiyyəsi tərəfindən inşa edildiyini və “İnsanlıq anıtı” adlandırıldığını söyləyib: “Bunu Ermənistanla qardaşlığın, barışığın rəmzi yox, ümumən Türkiyənin sülh tərəfdarı olduğunu simvolizə edən bir heykəl kimi təqdim edirlər. Bu abidə çoxdan tikilir və müxtəlif mübahisələrə səbəb olub. Hətta Milliyyətçi Hərəkət Partiyasının müraciət əsasında məhkəmə iki dəfə xüsusi qərarla inşaatı dayandırmışdı”. Türkiyə-Ermənistan sərhədlərinin açılması və həmin gün abidənin də açılışının keçirilməsinin mümkünlüyü haqda sualı baş konsul belə cavablandırıb: “Azərbaycanla Türkiyə həm qardaş, həm də strateji tərəfdaşdır. Türkiyə rəsmiləri bəyan edirlər ki, Qarabağ azad olunmamış sərhədlərin açılışından söhbət gedə bilməz. Biz Türkiyədən belə bir münasibət gözləmirik”. Bununla yanaşı, H. Zeynalov əlavə edib ki, əvvəl Türkiyənin mövcud sərhədlərini tanıyana, ərazi tələbi və soyqırım iddialarından əl çəkənə, Qarabağı azad edənə qədər Ermənistanla masaya oturmamaqdan söhbət gedirdisə, bu gün artıq oturulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR