Bank Of Baku

BMT-nin baş katibi Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibəti ilə müraciət yayıb

BMT-nin baş katibi Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibəti ilə müraciət yayıb
# 01 dekabr 2008 13:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. BMT Baş katibi Pan Gi Mun 3 dekabr - Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə dünya ölkələrinə müraciət göndərib. Bu barədə APA-ya BMT-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib. Müraciətdə qeyd olunub ki, builki Beynəlxalq Əlilliyi olan Şəxslər Günü İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 60-cı ildönümünün qeyd edilməsindən 1 həftə əvvələ təsadüf edir. BMT çərçivəsində hər iki tədbir “Ləyaqət və ədalət hamımız üçün” mövzusu altında qeyd edilir: “Biz bu il qeyd etməli çox nailiyyətlər əldə etmişik. May ayında əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın qüvvəyə minməsi dönüş nöqtəsi oldu. BMT bu yanaşma tərzinə sadiq qalmaqdadır”.
Baş katib vurğulayıb ki, əlilliyi olan şəxslərin 80 faizinin və ya 400 milyon insanın kasıb ölkələrdə yaşadığını nəzərə alaraq, BMT yoxsulluq və əlillik zəncirini qırmaq üçün daha fəal olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR