Bank Of Baku

Oqtay Əsədov Türkiyənin xarici işlər nazirini qəbul edib

Oqtay Əsədov Türkiyənin xarici işlər nazirini qəbul edib
# 01 dekabr 2008 14:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin xarici işlər naziri Əli Babacanı qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, O. Əliyev iki ölkə arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın, beynəlxalq təşkilatlar çərçivəsindəki münasibətlərin yüksək səviyyədə olduğunu deyib. O, Türkiyə iş adamlarının Azərbaycan iqtisadiyyatına 2 milyard dollardan artıq sərmayə qoyduğunu, bu ilin 9 ayı ərzində ticarət dövriyyəsinin həcminin 1 milyard 140 milyon ABŞ dollarını ötdüyünü bildirib. Spiker İstanbulda Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılmasını yüksək qiymətləndirib: “Qurumun növbəti konfransının Bakıda keçirilməsi nəzərdə tutulub. Biz Türkiyə tərəfindən irəli sürülən Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsünü də yüksək dəyərləndiririk. İnanırıq ki, qardaş Türkiyə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında, beynəlxalq hüquq normalarına uyğun həlli üçün bundan sonra da öz səylərini əsirgəməyəcək”.

Ə. Babacan isə səfərinin əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaq, regiondakı ictimai-siyasi vəziyyətlə yaxından tanış olmaq məqsədi daşıdığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR