Bank Of Baku

Oqtay Əsədov Əfqanıstan nümayəndə heyətini qəbul edib

Oqtay Əsədov Əfqanıstan nümayəndə heyətini qəbul edib
# 01 dekabr 2008 14:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin sədri Oqtay Əsədov Əfqanıstan İslam Milli Assambleyasının sədri Yunis Qanuninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, O. Əsədov Azərbaycan sülhməramlılarının Əfqanıstanda siyasi sabitliyin bərqərar olmasında yaxından iştirak etdiyini xatırladıb. O, indiyədək iki ölkə arasında cəmi bir sənədin imzalanmasından təəssüfləndiyini bildirib. Spiker ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcminin 47 milyon ABŞ dolları təşkil etdiyini, cari ilin 9 ayı ərzində isə bu rəqəmin 70 milyon dollara yaxın olduğunu bildirib. Spiker Azərbaycan parlamentində Əfqanıstanla dostluq qrupunun yaradılmasının nəzərdə tutulduğunu da əlavə edib: “Biz Əfqanıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk və ümidvarıq ki, gələcəkdə prinsipial məsələlərin beynəlxalq qurumlarda müzakirəsi zamanı bu əməkdaşlıq davam etdiriləcək”.

Qonaq da öz növbəsində Əfqanıstanın Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR