Bank Of Baku

Boqdan Zdroyevski: “Polşa Azərbaycanla dolğun, maraqlı və faydalı əlaqələrin qurulmasında çox maraqlıdır”

Boqdan Zdroyevski: “Polşa Azərbaycanla dolğun, maraqlı və faydalı əlaqələrin qurulmasında çox maraqlıdır”
# 01 dekabr 2008 15:12 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Polşa Azərbaycanla dolğun, maraqlı və faydalı əlaqələrin qurulmasında çox maraqlıdır”. Bu açıqlamanı APA-ya Bakıda səfərdə olan Polşanın mədəniyyət və milli irs naziri Boqdan Zdroyevski verib. “Mədəniyyətlərarası dialoqda bəyaz səhifə” adlı Avropa ölkələri mədəniyyət nazirlərinin konfransında iştirak etmək üçün Bakıya gələn nazir azərbaycanlı həmkarı Əbülfəs Qarayevlə görüşəcəyini bildirib: “Biz mədəniyyət sahəsində əməkdaşlıq barədə danışacağıq, Şərqi Avropa ilə sizin regionu bir-birinə daha da yaxınlaşdırmaq yollarını müzakirə edəcəyik. Bakı ilə tanış olmaq imkanı əldə etdiyimə çox məmnunam. Bakı möhtəşəm arxitektura tarixinə malikdir. Bu işdə polyak arxitektorlarının rolunun olmasından çox məmnunam”. Nazir həmçinin Azərbaycan abidələrinin bərpa və konservasiya olunmasında polşalı mütəxəssislərin yardım göstərməyə hazır olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR