Bank Of Baku

Əli Babacan: “Azərbaycan və Türkiyə bütün sahələrdə əlaqələri inkişaf etdirmək üçün siyasi iradə nümayiş etdirir”

Əli Babacan: “Azərbaycan və Türkiyə bütün sahələrdə əlaqələri inkişaf etdirmək üçün siyasi iradə nümayiş etdirir”
# 01 dekabr 2008 16:53 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə universitetin rektoru Əhməd Sanıt ali məktəb ocağının fəaliyyəti haqqında qonağa məlumat verib. Rektor Qafqaz Universitetinin Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib.

Tədbirdə çıxış edən Əli Babacan iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün siyasi iradənin nümayiş etdirildiyini deyib. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini vurğulayan nazir münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqların davam etdirilməsini müsbət qiymətləndirib.

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı məsələyə toxunan Əli Babacan ATƏT-in Minsk Qrupu çərçivəsində sülhyaratma cəhdlərinin nəticə verəcəyi təqdirdə ölkəsinin də sözügedən sahədə müsbət addımlar ata biləcəyini istisna etməyib. XİN başçısı bildirib ki, Rusiya ilə Gürcüstan arasında baş verən məlum olaylardan sonra yeni mərhələ yaranıb. O, bölgədə sülhün qorunması üçün Türkiyənin irəli sürdüyü Qafqaz Sabitlik və Əməkdaşlıq Paktı təşəbbüsünün gerçəkləşəcəyinə inandığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR