Bank Of Baku

Azərbaycan paytaxtında “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfrans başlayıb - FOTOSESSİYA

Azərbaycan paytaxtında “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfrans başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 02 dekabr 2008 08:12 (UTC +04:00)
APA-nın konfransı işini işıqlandıran xüsusi müxbirinin məlumatına görə, AŞ və Azərbaycan Respublikasının təşkilatçılığı ilə keçirilən tədbirdə qlobal kulturoloji mövzular üzrə müzakirələr aparılacaq, beynəlxalq mədəni əməkdaşlığın müxtəlif aspektlərinə nəzər salınacaq, Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün təmin edilməsində mədəniyyətlərarası münasibətlərin imkanları araşdırılacaq.

Konfransda Avropa Şurasının baş katibi, TÜRKSOY, İSESCO, ALEKSO, İRSİKA təşkilatlarının Baş direktorları, Serbiya, Polşa, Xorvatiya, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İspaniya, Almaniya, Rumıniya, Belçika, Bolqarıstan, Belarus, Makedoniya, Moldova, Slovakiya, Estoniya, Kipr, Çexiya, Tacikistan, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Malayziya, Qırğızıstan, Macarıstan, Mərakeş, Niderland və Danimarka dövlətləri nazir və nazir müavinləri, idarə rəhbərləri ilə təmsil olunur.

Ümumilikdə, tədbirdə 10 beynəlxalq təşkilat rəhbəri, 16 nazir, 18 nazir müavini, 19 ölkəni isə digər yüksək vəzifəli əməkdaş iştirak edir. 11 xarici media nümayəndəsi tədbiri işıqlandırmaq üçün akkreditasiyadan keçib.

Konfransda mədəniyyətlərarası dialoqa dair Bakı Bəyannaməsi qəbul ediləcək. Bakı Bəyannaməsi ilk sənəddir ki, konkret bir mövzuya həsr olunacaq və gələcəkdə bu tipli tədbirlərdə ona istinad ediləcəyi gözlənilir. Sənədin layihəsi nəzəri cəhətdən Avropa Şurasının əvvəlki təcrübələrinə əsaslansa da, ilk dəfə olaraq sənəddə Avropa ilə onun qonşu regionları arasında dialoqun praktik vasitələrlə həyata keçirilməsi nəzərdə tutulur və bu əməkdaşlıq prosesinin əsasının Bakıda qoyulması xüsusi qeyd olunur.

Konfransın proqramında üç mövzu üzrə-açılış və iki sessiya nəzərdə tutulur.
Açılış sessiyasının mövzusu “Mədəniyyətlərarası dialoqun ümumi əsasları”dır. AŞ tərəfindən bu sessiya üçün qeyri-rəsmi tezislər toplusu hazırlanıb. Həmin sənəddə müzakirələrin səmərəli keçməsinə yardım edəcək məsələlər əksini tapıb.

Nazirlər səviyyəsində birinci işçi qrupda “Mədəniyyətlərarası dialoq naminə mədəniyyət sahəsində tədbirlər planı, proqramlar və təşəbbüslər. Müxtəlifliyin idarə olunması üzrə yeni konsepsiyalar” mövzusu müzakirə olunacaq.

Nazirlər səviyyəsində ikinci işçi qrupun müzakirə mövzusu “İrs və mədəniyyətlərarası dialoq-hamımız birlikdə milli irsdən dünyəvi irsə” adlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR