Bank Of Baku

İran “Qaz OPEK”inin yaradılması layihəsini dekabrın 23-də Moskvada təqdim edəcək

İran “Qaz OPEK”inin yaradılması layihəsini dekabrın 23-də Moskvada təqdim edəcək
# 02 dekabr 2008 10:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. İran Qaz İxracatçıları Təşkilatının yaradılması layihəsini hazırlayır. APA-nın məlumatına görə, İranın OPEK-də nümayəndəsi Məhəmməd Əli Hatibinin sözlərinə görə, layihə dekabrın 23-də Moskvada qaz ixracatçıları ölkələrinin nazirlər səviyyəsində keçirilən görüşündə təqdim edəcək: “Ümidvaram ki, layihə təsdiq olunacaq, konkret struktura və baş qərargaha malik beynəlxalq təşkilat ən qısa zamanda yaranacaq”. Hatibi hesab edir ki, enerji daşıyıcılarının qiymətlərin enib-qalxması, onlara ehtiyacın balanslaşdırılmaması belə təşkilatın yaranmasını zəruri edir. Bu təşkilat qaz ixracatçılarına bir-biri ilə sıx əməkdaşlıq etməyə və əlaqələndirilmiş qərar qəbul etməyə imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR