Bank Of Baku

Əbdüləziz bin Osman əl-Tüveycri: “İSESCO Dağlıq Qarabağa araşdırıcı missiya göndərmək niyyətindədir”

Əbdüləziz bin Osman əl-Tüveycri: “İSESCO Dağlıq Qarabağa araşdırıcı missiya göndərmək niyyətindədir”
# 02 dekabr 2008 10:56 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. İSESCO tarixi abidələrin monitorinqini aparmaq üçün Dağlıq Qarabağa missiya göndərilməsinin tərəfdarıdır. APA-nın xəbərinə görə, bu barədə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri bildirib. Baş direktor İSESCO-nun Dağlıq Qarabağa belə bir missiyaya göndərmək niyyətində olduğunu qeyd edib: “Dağlıq Qarabağda baş verənlər beynəlxalq hüququn əleyhinədir. İşğal olunmuş ərazilər azad edilməli, məcburi köçkünlər torpaqlarına qayıtmalıdırlar. Orada abidələr məhv edilib. Təcavüz hər zaman qınanmalıdır. Biz susmamalıyıq. Missiya abidələrin dağılmadığına əmin olmalıdır. Biz abidələrin dağıdılması barədə gördüyümüz faktları beynəlxalq ictimaiyyətə və hüquqi orqanlara çatdıracağıq”.

Əbdüləziz bin Osman əl-Tüveycri Ermənistanın Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin beynəlxalq konfransına qatılmamasına da münasibət bildirib. Baş direktor deyib ki, Ermənistan belə bir toplantıya qatılmamaqla vacib imkanı əldən qaçırıb: “Erməni nümayəndələri toplantıya gəlsəydilər, dialoq baş tutar, tərəflər fikir mübadiləsi aparardılar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR