Bank Of Baku

Qazaxıstan öz neftinin Bakı-Supsa kəməri ilə nəqlinə dair Azərbaycanla danışıqlar aparır

Qazaxıstan öz neftinin Bakı-Supsa kəməri ilə nəqlinə dair Azərbaycanla danışıqlar aparır
# 02 dekabr 2008 11:12 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Qazaxıstan öz neftini Qara dəniz vasitəsilə nəql etməyə hazırdır. Hazırda qazax neftinin Bakı-Supsa kəməri ilə nəqlinə dair danışıqlar aparılır”. Bu açıqlamanı APA-ya Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov verib. Qeyd edək ki, Qazaxıstan nefti hazırda Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə nəql olunur.

Səfir ölkəsinin Azərbaycan və digər maraqlı ölkələrə kükürd ixrac etməklə bağlı planlarının olduğunu vurğulayıb: “Hazırda Qazaxıstanda 80 milyon ton kükürd ehtiyatı toplanıb və bu mineral ehtiyatları realizə etmək lazımdır. Məsələ yalnız kükürdün sərfəli şərtlərlə nəqlindədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR