Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurasının baş katibi Terri Devisi qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurasının baş katibi Terri Devisi qəbul edib
# 02 dekabr 2008 13:31 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 2-də Avropa Şurasının (AŞ) baş katibi Terri Devisi qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Bakıda Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən konfransın əhəmiyyəti vurğulanıb. Bu cür tədbirlərin ölkələr və xalqlar arasında əlaqələrin möhkəmlənməsində və beynəlxalq əməkdaşlığın genişləndirilməsində rolu qeyd olunub.

Söhbət zamanı, həmçinin, Azərbaycanla AŞ arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi bildirilib. AŞ-nin baş katibi Terri Devisin ölkəmizə bu səfərinin əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR