Bank Of Baku

Terri Devis Azərbaycan Milli Məclisində çıxış edib: “Mən Azərbaycanın böyük dostuyam”

Terri Devis Azərbaycan Milli Məclisində çıxış edib: “Mən Azərbaycanın böyük dostuyam”
# 02 dekabr 2008 13:54 (UTC +04:00)
APA-nın xəbərinə görə, baş katib Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun müşayiəti ilə iclas zalına daxil olub. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Terri Devisi salamlayıb. O, Avropa Şurası Parlament Assambleyasının Terri Devisin məruzəsi əsasında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə bağlı qətnamə qəbul edildiyini xatırladıb. T. Devis Azərbaycan parlamentinin deputatlarına müraciət edərək uzun müddətli siyasi karyerasının olduğunu, həmişə parlamentdə olanda özünü evindəki kimi hiss etdiyini qeyd edib: “Mən Azərbaycanının böyük dostuyam. Azərbaycanı vaxt azlığı üçün gəzə bilmirəm. Bundan sonrakı səfərlərimdə Azərbaycanla bağlı maraqlı məlumatlar əldə edəcəyimə ümid edirəm”.
Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin bu gün Bakıda beynəlxalq konfransının keçirildiyini qeyd edən T. Devis “bu gün Avropa Azərbaycanda görüşür, sabah isə dünya Azərbaycanda görüşəcək” deyə çıxışını yekunlaşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR