Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Əfqanıstan Milli Assambleyasının sədrini qəbul edib

Azərbaycanın xarici işlər naziri Əfqanıstan Milli Assambleyasının sədrini qəbul edib
# 02 dekabr 2008 16:28 (UTC +04:00)
Bakı - APA. Azərbaycanın xarici işlər naziri Elman Məmmədyarov dekabrın 2-də Əfqanıstan Milli Assambleyasının sədri Məhəmməd Yunis Qanunini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Əfqanıstan rəsmisi iki xalq arasında tarixi dostluq əlaqələrinin mövcudluğunu xüsusi vurğulayaraq, Azərbaycan əsgərlərinin ölkəsində sülhməramlı qüvvələr çərçivəsində apardıqları xidmətə görə minnətdarlığını bildirib.

Əfqanıstanın dünyada yaşaran terror təhlükəsi ilə mübarizədə ön cəbhədə durduğunu deyən Məhəmməd Yunis, bu prosesdə bütün dövlətlərin müştərək olmasının vacibliyini vurğulayıb.

Öz növbəsində, E. Məmmədyarov qonağa Azərbaycanın erməni terroru ilə dəfələrlə üzləşdiyi barədə məlumat verib, terrorla mübarizədə bütün ölkələrin eyni mövqedən çıxış etməsi fikrin vacibliyi ilə razılaşdığını diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı perspektivləri, Orta Şərqdə və Cənubi Qafqazda gedən proseslər də müzakirə mövzusu olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR