Bank Of Baku

Azərbaycan “Avropa memarlıq abidələrinin qorunmasına dair” konvensiyaya qoşulub

Azərbaycan “Avropa memarlıq abidələrinin qorunmasına dair” konvensiyaya qoşulub
# 02 dekabr 2008 17:06 (UTC +04:00)
APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Avropa Şurasının baş katibi Terri Devis arasında Azərbaycanın “Avropa memarlıq abidələrinin qorunmasına dair” konvensiyaya qoşulması barədə saziş imzalanıb.

Bundan başqa, Ə. Qarayevlə Slovakiyanın Mədəniyyət Nazirliyinin baş katibi Yozef Lanq arasında iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş, o cümlədən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə Ə. Qarayev arasında “İslam Konfransı Mədəniyyət nazirlərinin 6-cı Konfransının təşkil olunması barədə Protokol” imzalanıb.

Avropa Şurasının (AŞ) baş katibi Terri Devis Ərəb Ölkələri Birliyinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ALEKSO) baş direktoru Mongi Bousni arasında ALEKSO-nun AŞ-nin Mədəni irsin cəmiyyət üçün əhəmiyyəti haqqında çərçivə Konvensiyasına qoşulmasına dair də sənəd imzalanıb.

Tədbir sabah davam etdiriləcək, konfransın yekunlarına dair Bakı Bəyannaməsi imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR