Bank Of Baku

İtaliyanın baş naziri Sİlvio Berluskoninin Azərbaycana səfəri gözlənilir

İtaliyanın baş naziri Sİlvio Berluskoninin Azərbaycana səfəri gözlənilir
# 03 dekabr 2008 07:33 (UTC +04:00)
Bu barədə APA-ya İtaliyanın Azərbaycandakı səfiri Jan Luici Maşa məlumat verib: “Cənab Berluskoni Azərbaycan prezidentinin İtaliyaya səfərindən çox məmnun qalıb. Düşünürəm ki, yaxın gələcəkdə Silvio Berluskoninin Bakıya səfəri reallaşa bilər. Hələlik səfərin dəqiq vaxtı barədə danışmaq tezdir, lakin baş nazir Azərbaycana səfər etməyə söz verib”. Səfir Azərbaycan prezidentinin İtaliyaya səfərinin çox uğurlu olduğunu bildirib: “Biz Azərbaycan dövlət başçısının yenidən Romada qəbul etməyə çox şad olarıq. Cənab İlham Əliyev səfər zamanı baş nazir və parlamentin spikeri ilə ikitərəfli əməkdaşlıq, regional problemlər ətrafında müzakirələr aparıb. Danışıqlarda enerji dəhlizləri və Avropanın enerji daşıyıcıları ilə təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirilib”. Səfir qeyd edib ki, müzakirə olunan əksər məsələlər ətrafında tərəflərin mövqeləri üst-üstə düşüb və bu baxımdan səfər çox konstruktiv xarakter daşıyıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR