Bank Of Baku

ABŞ Dövlət Departamentinin rəsmisi: “Bakıda keçirilən konfrans mədəniyyətlər arasında dialoq qurulmasının zəruriliyini ortaya qoyur”

ABŞ Dövlət Departamentinin rəsmisi: “Bakıda keçirilən konfrans mədəniyyətlər arasında dialoq qurulmasının zəruriliyini ortaya qoyur”
# 03 dekabr 2008 07:54 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Azərbaycana gəlmək və mədəniyyətlərarası dialoqa həsr olunmuş konfransda müşahidəçi qismində iştirak etmək çox xoşdur”. Bu eksklüziv açıqlamanı APA-ya ABŞ dövlət katibinin peşəkar və mədəni mübadilə üzrə köməkçisinin müavini Alina Romanovski verib. O, Birləşmiş Ştatların Azərbaycanla tələbə və mütəxəssis mübadiləsi sahəsində çox zəngin proqram həyata keçirdiyini bildirib: “Azərbaycana səfərimin məqsədlərindən biri Birləşmiş Ştatlarda təhsil almış azərbaycanlı məzunlarla görüşmək və tələbə mübadiləsi sahəsində əməkdaşlığı davam etdirməkdir. Bu kimi proqramlar bir-birimizi daha yaxından tanımağa kömək edir”. Alina Romanovski Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən beynəlxalq konfransı yüksək qiymətləndirib: “Dünən keçirilən konfrans mədəniyyətlər arasında dialoq qurulmasının zəruriliyini ortaya qoyur və bu gün müxtəlif ölkələrin mədəniyyət nazirlərinin bir araya gələrək fikir mübadiləsi aparması imkanı var. Bu dialoq çox mühüm və aktualdır”. Alina Romanovski bildirib ki, Bakıda açılması nəzərdə tutulan açıq səma altında etnoqrafik-etnoloji muzey üçün ayrılacaq yerə baş çəkmək və bu muzeyin tikilməsində əməkdaşlıq perspektivlərini araşdırmaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR