Bank Of Baku

Bu gün Azərbaycanın da daxil olduğu “Şərq Tərəfdaşlığı” siyasəti ilə bağlı kommunikenin təqdimatı olacaq

Bu gün Azərbaycanın da daxil olduğu “Şərq Tərəfdaşlığı” siyasəti ilə bağlı kommunikenin təqdimatı olacaq
# 03 dekabr 2008 08:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Brüsseldə Avropa İttifaqının (Aİ) Avropa Komissiyası (AK) 5 ölkə ilə xüsusi əməkdaşlığı nəzərdə tutan «Şərq Tərəfdaşlığı» siyasəti ilə bağlı hazırladığı kommunikeni Nazirlər Şurasına təqdim edəcək. Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vaddamsın APA-ya verdiyi məlumata görə, təqdimetmə mərasimində «Şərq Tərəfdaşlığı» təqdim olunan ölkələrin nümayəndələri iştirak etməyəcək: «Bu sənəd hələlik Avropa İttifaqına aid qurumlarda müzakirə olunacaq, sonra həmin ölkələrə təqdim olunacaq».

Kommunikeni Aİ-nın xarici siyasət və qonşuluq siyasəti üzrə komissarı Benita Ferrero-Valdner təqdim edəcək. A. Vaddamsın sözlərinə görə yeni proqramın məqsədi Avropa Qonşuluq Siyasətini daha da sürətləndirməkdir. Yeni proqramın hüquqi baxımdan necə təsis olunacağı hələlik məlum olmasa da, 5 ölkə - Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və Ermənistanla assotiativ saziş imzalanması nəzərdə tutulur. Aİ Belarusun da bu sənədə qoşulmasını nəzərdən keçirir.

Kommunikenin prioritetləri isə artıq məlumdur: azad ticarət zonasının yaradılması, böhranların idarə olunması və birgə təlimlərin keçirilməsi, miqrasiya siyasəti, viza rejiminin sadələşdirilməsi, ətraf mühitin qorunması, enerji sahəsində əməkdaşlıq və s.

Xatırladaq ki, «Şərq Tərəfdaşlığı»na qoşulduqdan sonra Azərbaycanla Aİ arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul olunmuş Fəaliyyət Planına heç bir dəyişiklik edilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR