Bank Of Baku

Koreya səfiri Samux rayonunda səfərdə olub

Koreya səfiri Samux rayonunda səfərdə olub
# 03 dekabr 2008 10:11 (UTC +04:00)
Samux. Nəzakət Məşədiəliqızı-APA. Koreya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq-Çol bu gün Samux rayonuna səfər edib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, səfir ilk olaraq Heydər Əliyevin abidəsini ziyarət edib və Heydər Əliyev muzeyinə baş çəkib. Daha sonra Samux rayon icra hakimiyyətində səfirlə görüş keçirilib. Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev diplomata rayonun iqtisadi və aqrar vəziyyəti, turizm imkanları barədə məlumat verib. Səfərin nəticələrini dəyərləndirən səfir Lyu Kvanq-Çol APA-ya bildirib ki, onu əsasən Samuxda aqrar və turizm sahələri maraqlandırır: “Samuxda turizm və kənd təsərrüfatının inkişafı üçün yaxşı potensial var. Biz hazırda həmin sahələrə və baxış keçirəcəyik və real vəziyyəti öyrənərək gələcək üçün planlar quracağıq”.
Daha sonra səfir Samux rayonunda fəaliyyət göstərən “AZRUS” istilikxanasında olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR