Bank Of Baku

ABŞ xarici radiostansiyaların yayımı ilə bağlı məsələnin tənzimlənməsi üçün Azərbaycandan vaxt istəyib

ABŞ xarici radiostansiyaların yayımı ilə bağlı məsələnin tənzimlənməsi üçün Azərbaycandan vaxt istəyib
# 03 dekabr 2008 10:14 (UTC +04:00)
MTRŞ-dən APA-ya verilən məlumata görə, görüşdə “Azadlıq” və “Amerikanın səsi” radiolarının Azərbaycan ərazisində yayımı ilə bağlı məsələ müzakirə edilib. N. Məhərrəmli bunun sırf hüquqi məsələ olduğunu xatırladaraq, onun siyasiləşdirilməsinin əleyhinə olduğunu bildirib. Görüşdə MTRŞ sədri Azərbaycanın teleradio sistemi ilə bağlı qonaqlara ətraflı məlumat verib. Şura sədri qanunvericilikdə xarici teleradio yayımçılarının Azərbaycanın ərazisində milli tezliklərdə yayımını qadağan edən müddəalar barədə qonaqları məlumatlandırıb. N. Məhərrəmli Azərbaycanın qanunvericiliyində xarici teleradio yayımçılarının yalnız kabel şəbəkəsi, peyk və internet vasitəsilə yayımının mümkünlüyünün təsbit edildiyini qonaqların nəzərinə çatdırıb.

MTRŞ üzvü Qafar Cəbiyev isə APA-ya açıqlamasında deyib ki, N. Məhərrəmli qonaqlara bildirib ki, dövlətlər arasında razılıq olarsa, bunun əsasında xarici radiostansiyaların Azərbaycanda yayımını davam etdirmək mümkündür: “Onlar isə qeyd etdilər ki, bu istiqamətdə addımlar atmağa çalışacaqlar. Qonaqlara eyni zamanda bunun üçün şuradan vaxt istədilər”.

Şura üzvünün sözlərinə görə, N. Məhərrəmli qeyd edib ki, bununla bağlı MTRŞ-də müzakirələr aparıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR