Bank Of Baku

Gürcüstan dövlət nazirinin müavini bu ölkədə yaşayan azərbaycanlıların problemlərini öyrənib

Gürcüstan dövlət nazirinin müavini bu ölkədə yaşayan azərbaycanlıların problemlərini öyrənib
# 03 dekabr 2008 11:50 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə- APA. Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Terdaradze bu gün azərbaycanlıların kompakt yaşadıqları Marneuli, Dmanisi, Qardabani rayonlarında olub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, nazir müavini Dmanisi və Marneuli rayonlarında Azərbaycan-Gürcüstan sərhədində olub, orada toplaşan azərbaycanlılarla görüşüb, onların şikayətlərini dinləyib. Nazir müavini qeyd edilən şikayətlərin həli üçün çalışacaqlarını deyib.
Daha sonra Y. Terderadze Qardabani rayonunun Vaxtandili, Nəzərli, Kosalı kəndlərinə gedib, orada yaşayan azərbaycanlıların problemləri ilə maraqlanıb. Nazir müavini APA-nın əməkdaşına açıqlamasında bildirib ki, Kvemo Kartli bölgəsində yaşayan etnik xalqların, o cümlədən azərbaycanlıların bütün problemləri öyrəniləcək və onların həlli ilə bağlı dövlət qarşısında hesabatla çıxış ediləcək: “Problemləri qruplaşdırıb onların həlinə çalışacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR