Bank Of Baku

Oljas Süleymenov: “Azərbaycan belə bir tədbir keçirməklə, bütün ölkələrə nümunə oldu”

Oljas Süleymenov: “Azərbaycan belə bir tədbir keçirməklə, bütün ölkələrə nümunə oldu”
# 03 dekabr 2008 11:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Bu tədbiri keçirməklə, Azərbaycan bütün ölkələrə nümunə oldu. Bu çətin durumda, dünyada qlobal böhranın getdiyi bir zamanda Azərbaycanın paytaxtı Bakı şəhərində belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirirəm”. APA-nın məlumatına görə, bu sözləri məşhur qazax yazıçısı Oljas Süleymenov deyib. Mədəniyyətin ən həssas sahə olduğunu diqqətə çatdıran yazıçı, bu sahəni diqqətdən kənarda saxlamağı düzgün hesab etmir: “Biz mədəniyyətlərarası dialoqa həsr olunmuş konfransda iştirak etdik. Sözsüz ki, bu, olduqca önəmli tədbir idi. Azərbaycan bu addımı ilə mədəniyyətə necə böyük qiymət verdiyini bariz şəkildə göstərdi. Deyirlər ki, mədəniyyət ən güclü silahdır. Ancaq bunu mədəniyyəti qorumaqla həyata keçirmək lazımdır. Mədəniyyəti qorumaq isə hər birimizin borcudur”.

O. Süleymenov bu gün qəbul olunan Bakı Bəyannaməsini də yüksək qiymətləndirib. O bildirib ki, bu bəyannamə ölkələr arasında gedən mədəniyyətlərarası dialoqu bir qədər də sürətləndirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR