Bank Of Baku

Azərbaycanın Qarsdakı baş konsulluğunun yeni inzibati binasının rəsmi açılış mərasimi keçirilib

Azərbaycanın Qarsdakı baş konsulluğunun yeni inzibati binasının rəsmi açılış mərasimi keçirilib
# 03 dekabr 2008 13:05 (UTC +04:00)
Mətbuat Şurasından APA-ya verilən məlumata görə, açılış mərasiminə Azərbaycanın aparıcı media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ictimai-siyasi xadimlərindən ibarət nümayəndə heyəti də qatılıb. Tədbiri giriş sözü ilə açan Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov konsulluğun 4 il ərzində göstərdiyi fəaliyyətindən söhbət açıb. Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran mərasimin Türkiyə-Azərbaycan dostluğunun dərinləşməsindəki müstəsna roluna diqqət çəkib. Millət vəkili Nizami Xudiyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkəmizin xarici işlər nazirinin müavini Vaqif Sadıqov, İğdır şəhər valisi Saim Saffet Qarahisarlı, Qars valisi Mehmed Ufuq Erden və başqaları keçirilən tədbiri həm strateji nöqtədə yerləşən Qars, həm də Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan hadisə kimi vurğulamaqla yanaşı, bu iki dövlət arasındakı birliyin vacib məqamlarda özünü təzahür etdirən tərəflərinə də diqqət çəkiblər.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ölkəmizin aparıcı media nümayəndələrindən ibarət nümayəndə heyətinin Türkiyənin Qars və İqdır şəhərlərinə səfəri dekabrın 2-də başlayıb. Heyətə həmçinin qeyri-hökumət təşkilatlarının təmsilçiləri və Azərbaycan parlamentinin üzvləri daxildir. Bu gün nümayəndə heyəti İğdır şəhərinə yola düşəcək. Dekabrın 4-də burada Azərbaycan şəhidlərinin şərəfinə ucaldılmış abidənin açılışının keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR