Bank Of Baku

Gürcüstan Xalq Müdafiəçisinin Marneulidəki ofisi dekabrın 8-də açılacaq

Gürcüstan Xalq Müdafiəçisinin Marneulidəki ofisi dekabrın 8-də açılacaq
# 03 dekabr 2008 13:08 (UTC +04:00)
ⅦBakı. Kəmalə Quliyeva – APA. Gürcüstan Xalq Müdafiəçisinin Marneulidəki ofisi dekabrın 8-də açılacaq. Bu barədə APA-ya Ombudsman Aparatından məlumat verilib. Açılış mərasimində Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın da iştirakı gözlənilir. Qeyd edək ki, Gürcüstan Xalq Müdafiəçisi institutu 8 il əvvəl yaranmasına baxmayaraq, azərbaycanlılar yaşayan bölgədə Ombudsman ofisi ilk dəfə yaradılır. Hazırda Gürcüstanda rəsmi statistikaya görə, 284 min, qeyri-rəsmi statistikaya görə, yarım milyona yaxın azərbaycanlı yaşayır. Marneulidə yaşayan 130 mindən çox əhalinin 89, 8 faizi azərbaycanlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR