Bank Of Baku

İraqdakı Azərbaycan sülhməramlıları dekabrın 7-də Vətənə yola salınacaq - EKSKLÜZİV

İraqdakı Azərbaycan sülhməramlıları dekabrın 7-də Vətənə yola salınacaq - <font color=red>EKSKLÜZİV </font>
# 03 dekabr 2008 14:58 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv olaraq İraqdakı Çoxmillətli Qüvvələr Komandanlığından məlumat verilib. Mərasimdə İraq yerli hökumətinin, parlamentinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Çıxışlarda Azərbaycan hərbçilərinin İraqda 5 illik xidməti müsbət qiymətləndirilib. Fərqlənmiş Azərbaycan hərbçilərinə Koalisiya Qüvvələri Komandanlığı adından və yerli hakimiyyət tərəfindən mükafatlar, xatirə hədiyyələri təqdim olunub.

Azərbaycan Müdafiə Nazirliyindən isə APA-ya eksklüziv olaraq bildirilib ki, İraqdakı Azərbaycan hərbçiləri vətənə dekabrın 7-də yola salınacaqlar. Nazirlikdən onu da deyiblər ki, Azərbaycan hərbçiləri mühafizə etdikləri obyektləri artıq İraqın hökumət qüvvələrinə təhvil verib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin noyabrın 11-də keçirilən iclasında “Azərbaycan Respublikası Silahlı Qüvvələri kontingentinin İraqdan geri çağırılması haqqında” qərar layihəsi təsdiq olunub.

Xatırladaq ki ki, Azərbaycan Silahlı Qüvvələrinin kontingenti 15 avqust 2003-cü il tarixdən Milli Məclisin qərarı əsasında İraqda beynəlxalq koalisiya qüvvələri tərkibində fəaliyyət göstərib. Azərbaycan sülhməramlıları ABŞ komandanlığı altında Əl-Haditə şəhəri yaxınlığındakı su anbarını və İraqın 30 faizini elektrik enerjisi ilə təmin edən su elektrik stansiyasını qoruyub. Əl-Haditədə Azərbaycan sülhməramlıları 15 kvadrat kilometr ərazini mühafizə edib. İraqda xidmət etdiyi 5 il ərzində 1 Azərbaycan sülhməramlısı həlak olub.

İraqdakı Azərbaycan kontingentində 14 zabit, 16 gizir və 120 əsgər olmaqla 150 hərbçi xidmət edib. Onlar hər 6 aydan bir rotasiya əsasında dəyişdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR