Bank Of Baku

Aleksandr Stubb: “ATƏT-in Helsinki sammitində Dağlıq Qarabağ münaqişəsinə dair regional bəyannamə qəbul olunacaq” - YENİLƏNİB

Aleksandr Stubb: “ATƏT-in Helsinki sammitində Dağlıq Qarabağ münaqişəsinə dair regional bəyannamə qəbul olunacaq” - <font color=red>YENİLƏNİB</font>
# 03 dekabr 2008 16:49 (UTC +04:00)
APA-nın Helsinkidəki müxbirinin verdiyi məlumata görə, bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb ölkəsinin quruma sədrlik etdiyi dövrün yekunlarına həsr olunmuş mətbuat konfransında söyləyib. ATƏT sədri qurumun Xarici İşlər Nazirləri Şurasının sabah Helsinkidə keçiriləcək sammitinə 50 ölkənin xarici işlər nazirlərinin qatılacağını bildirib: “İlk dəfədir ki, ATƏT sammitinə bu qədər sayda xarici işlər naziri qatılır. Tədbirə 67 nümayəndə heyəti akkreditə olunub, sammitə 1200-dən artıq nümayəndə gələcək. Sammitin gündəliyində diqqət yetiriləcək iki əsas məsələ var. Birincisi Cənubi Qafqazda, ilk növbədə Gürcüstanda yaranmış vəziyyətin müzakirəsidir. ATƏT-ə sədrlik etdiyimiz ilkin dövrdə gördük ki, gürcü-abxaz və gürcü-osetin münaqişələri dondurulmuş münaqişələr deyil, Dnestryanı və Dağlıq Qarabağ münaqişələri də inkişaf edir. İkinci məsələ Avropanın təhlükəsizliyi ilə bağlıdır. Düşünürəm ki, bu məsələnin ATƏT çərçivəsində müzakirəsi yaxşı ideyadır. İnanıram ki, ATƏT-in üç əsas diqqət yetirəcəyi sahələr – iqtisadiyyat, təhlükəsizlik və demokratiya hələ uzun müddət bu qurumun prioritet diqqət mərkəzində qalacaq”.

Aleksandr Stubb ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində siyasi bəyannamə qəbul olunacağını bildirib: “60 il ərzində ilk dəfədir ki, ATƏT Xarici İşlər Nazirləri Şurası siyasi bəyannamə qəbul edəcək. Digər tərəfdən biz Dağlıq Qarabağ və Dnestryanı münaqişələri ilə bağlı iki regional bəyannamə qəbul edəcəyik. Bundan başqa sammitdə daha 10-15 sənədin qəbulu gözlənilir”.

APA-nın sualını cavablandıran ATƏT sədri bildirib ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində irəliləyişlərə nail olublar: “ATƏT ümid edir ki, Xarici İşlər Nazirləri Şurasının Helsinki sammitində bu münaqişə ilə bağlı regional bəyannamə qəbul olunacaq. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət heç də pis deyil. Düşünürəm ki, biz dondurulmuş münaqişə vəziyyətindən uzaqlaşmaqdayıq. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar Minsk Qrupu çərçivəsində davam etdirilməlidir”.

Gürcüstandakı durumla bağlı sualları cavablandıran Aleksandr Stubb bildirib ki, bu məsələ ətrafında müzakirələrin nəticələri siyasi bəyannamədə öz əksini tapacaq: “Münaqişə baş verən zaman bizim dörd hədəfimiz vardı. İlk hədəf atəşkəsə nail olmaq idi və biz bu məqsədimizə çatdıq. İkinci məqsəd Gürcüstana hərbi müşahidəçilərin göndərilməsi, üçüncü məqsəd qoşunların Gürcüstan ərazisindən çıxarılması və ən nəhayət son hədəf uzunmüddətli danışıqlara başlamaq idi. Artıq bu dialoq Cenevrə qrupu çərçivəsində davam edir və ümidvaram ki, danışıqlar uğurla başa çatacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR