Bank Of Baku

Terri Devidson: ““Amerikanın səsi” və “Azadlıq” radiolarının lisenziyalarının vaxtının uzadılmasını səbirsizliklə gözləyirik”

Terri Devidson: ““Amerikanın səsi” və “Azadlıq” radiolarının lisenziyalarının vaxtının uzadılmasını səbirsizliklə gözləyirik”
# 04 dekabr 2008 08:39 (UTC +04:00)
Bakı - APA. “Amerikanın səsi” və Azad Avropa/Azadlıq Radiolarını təmsil edən Yayım İdarəetmə Şurası və Beynəlxalq Yayım Şurasının nümayəndə heyətinin ABŞ səfirliyinin nümayəndələri ilə birlikdə xarici radio və televiziya şirkətlərinin gələcəyinə dair Azərbaycanın yüksək dövlət rəsmiləri və Milli Televiziya və Radio Şurasının rəhbərliyi ilə apardığı müzakirələr konstruktiv olub”. Bu sözləri ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Terri Devidson dekabrın 3-də keçirilmiş görüşə münasibət bildirərkən deyib. Səfirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, T. Devidson bu müzakirələrə əsaslanaraq, lisenziyaların vaxtının uzadılmasını səbirsizliklə gözlədiklərinin vurğulayıb: “Bu, radioların mövcud olan formatda yayımlanmasına imkan verəcək. Lisenziyanın vaxtının uzadılması danışıqları davam etmək üçün zəmin yaradacaq. Radiostansiyaların yayımının davamı üçün biz Azərbaycan qanunvericiliyinə uyğun olan ən optimal yolun tapılması məqsədilə müzakirələrimizi davam edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR