Bank Of Baku

Helsinkidə ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir - YENİLƏNİB

Helsinkidə ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir - <font color=red>YENİLƏNİB</font>
# 04 dekabr 2008 08:54 (UTC +04:00)
APA-nın Helsinkidəki müxbirinin verdiyi məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da qatıldığı toplantıda 50 ölkənin xarici siyasət idarəsinin rəhbəri iştirak edir. Açılış mərasimindən öncə ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb toplantının keçirildiyi sərgi mərkəzində qonaqları bir-bir salamlayıb. Artıq sammitdə ediləcək çıxışların reqlamenti dəqiqləşdirilib. Azərbaycanın xarici işlər naziri siyahı üzrə 27-ci çıxış edəcək.

**

ATƏT XİN Şurasının Helsinki toplantısı gündəliyin müzakirəsi ilə başlayıb. APA-nın Helsinkidəki müxbirinin məlumatına görə, gündəlik əlavələr edilmədən qəbul olunub. Daha sonra toplantıda çıxış edən Finlandiya prezidenti Tarya Hallonen ATƏT-in beynəlxalq proseslərdə aktiv rol oynamalı olduğunu deyib: “ATƏT-ə sədrlik etdiyimiz dövrdə biz təşkilatın prinsip və konsepsiyaları haqqında özümüzə hesabat verdik. Bu il Kosovonun müstəqilliyinə gətirib çıxaran proseslər baş verdi. Bu adi proses deyildi. Daha sonra Gürcüstandakı faciəvi hadisələrin şahidi olduq, bu hadisələr qaçqın kütləsinin yaranmasına və çoxsaylı insan əzablarına səbəb oldu. ATƏT bu münaqişənin nizamlanmasında aktiv iştirak etdi. Situasiya hələ stabil deyil və çox işləmək lazımdır. Son hadisələr bir daha göstərdi ki, biz regionlarda postmünaqişə dövrlərində aktiv rol oynamalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR