Bank Of Baku

ATƏT sədri: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişlər var”

ATƏT sədri: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişlər var”
# 04 dekabr 2008 10:00 (UTC +04:00)
APA-nın Helsinkidəki müxbirinin verdiyi məlumata görə, bu fikirləri ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında çıxış edən qurumun fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb söyləyib: “İkinci müzakirə edəcəyimiz məsələ Avropanın təhlükəsizliyi ilə bağlıdır. Gürcüstanda baş verən hadisələr müharibə ilə üz-üzə dayanmağıma dair ilk hal idi. Qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişlər var. Dnestryanı münaqişəsində də belə irəliləyişlər var, xüsusilə bu proses seçkilərin müzakirəsi və traffikinqlə qarşı mübarizə məsələsində nəzərə çarpır. Bu gün keçirilən toplantının sonunda siyasi bəyannamə və Dağlıq Qarabağ və Dnestryanı münaqişələri ilə bağlı regional bəyannamələr qəbul olunacaq. Eyni zamanda biz ilk dəfə olaraq Avropada təhlükəsizlik məsələlərinə dair prezidentlər Dmitri Medvedev və Nikola Sarkozinin təkliflərini müzakirə edəcəyik. Ümidvarıq ki, bu gün ATƏT məkanında təhlükəsizliyi gücləndirə biləcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR