Bank Of Baku

Fransanın xarici işlər naziri Bernar Kuşner: “Dondurulmuş münaqişələr təcili həll olunmasa, vəziyyət daha da pisləşə bilər”

Fransanın xarici işlər naziri Bernar Kuşner: “Dondurulmuş münaqişələr təcili həll olunmasa, vəziyyət daha da pisləşə bilər”
# 04 dekabr 2008 10:35 (UTC +04:00)
APA-nın Helsinkidəki xüsusi müxbirinin məlumatına görə, bu sözləri ATƏT XİN Şurasının toplantısında çıxışı zamanı Avropa İttifaqına sədrlik edən Fransanın xarici işlər naziri Bernar Kuşner söyləyib. O, Abxaziya və Cənubi Osetiya münaqişələrinin bu il kəskin forma aldığını bildirib: “Bu gün biz bir daha Avropa İttifaqının adından Rusiyanın separatçı rejimlərin müstəqilliyini tanıması faktını pisləyirik. Hesab edirik ki, Rusiya bu problemlə bağlı danışıqlar prosesində aktiv iştirak etməlidir”. Bernar Kuşner Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu bildirib: “ATƏT-in Minsk Qrupunun həmsədrləri il boyu danışıqlar prosesini davam etdiriblər və dialoqun Madrid prinsipləri əsasında keçirilməsinə çalışıblar. Azərbaycan və Ermənistan prezidentlərinin iyunda Sankt-Peterburqda, daha sonra isə Moskvada keçirilən görüşü çox mühüm hadisə idi. Bu baxımdan prezidentlərin birgə bəyannamə imzalamasını xüsusi qeyd etmək lazımdır”. Çıxışında Dnestryanı münaqişəsinə toxunan Bernar Kuşner qeyd edib ki, bu konfliktin nizamlanmasına dair danışıqlar “5+2” davam etdirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR