Bank Of Baku

Metyu Brayza: “Dağlıq Qarabağla bağlı sülh müqaviləsi ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır”

Metyu Brayza: “Dağlıq Qarabağla bağlı sülh müqaviləsi ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır”
# 04 dekabr 2008 11:22 (UTC +04:00)
APA-nın Helsinkidə olan xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib. O, tərəflər arasında fikir ayrılıqlarının olduğunu və danışıqların davam etdiriləcəyini söyləyib. M. Brayza prezidentlər səviyyəsində növbəti görüşün keçirilməsinin mümkün olduğunu, amma bunun hələ dəqiqləşmədiyini bildirib. Amerikalı həmsədrin fikrincə, prezidentlər də aralarında etimadın yaranmağa başladığını hiss edirlər. Dağlıq Qarabağın müstəqilliyini tanımadıqlarını təkrarlayan diplomat ümid etdiyini bildirib ki, Dağlıq Qarabağ erməniləri hansısa mərhələdə danışıqlar prosesinə qoşulacaq: ”Onlar onsuz da prosesdə iştirak edirlər. Məsələn, biz tez-tez Qarabağa gedirik və orada görüşlər keçiririk. Amma bunun formal olaraq nə vaxt baş verəcəyini deyə bilmərəm”. M. Brayzanın sözlərinə görə, tərəflər arasında imzalanacaq sülh müqaviləsi ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır, amma bununla yanaşı, sənəddə öz müqəddəratını təyinetmə prinsipi və demilitarizasiya məsələsi də əksini tapmalıdır”. M. Brayza ATƏT ölkələri xarici işlər nazirlərinin və həmsədr dövlətlərin xarici siyasət idarələri rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrı-ayrılıqda bəyanatla çıxış edəcəklərini də əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR