Bank Of Baku

ATƏT XİN Şurasının Helsinki toplantısında GUAM ölkələri adından bəyanat yayılıb

ATƏT XİN Şurasının Helsinki toplantısında GUAM ölkələri adından bəyanat yayılıb
# 04 dekabr 2008 11:39 (UTC +04:00)
APA-nın Helsinkidəki xüsusi müxbirinin verdiyi məlumata görə, bəyanatda qeyd olunub ki, Cənubi Qafqaz regionunda təcavüzkar millətçilik, silahlı separatizm və dezinteqrasiya prinsiplərinə yer yoxdur: “Çünki bu prinsiplər demokratiya, qanunun aliliyi və insan hüquqları ilə ziddiyyət təşkil edir”. Bəyanatda GUAM ölkələrinin vahid mövqedən çıxış etdiyini vurğulanıb: “Münaqişələrə gəldikdə isə, GUAM-ın 2006-cı ildə keçirilən Kiyev sammitində xüsusi qərar qəbul olunduğunu xatırlatmaq istəyirəm. Ərazilərin işğalı və bunun nəticəsi olaraq qanunsuz olaraq öz müstəqilliyini elan etmiş təsisatların yaradılması heç bir halda hüquqi nöqteyi-nəzərdən qəbul oluna bilməz”. Bəyanatda GUAM-a daxil olan ölkələrin dondurulmuş münaqişələrdən əziyyət çəkdiyi vurğulanır və bu konfliktlərin mövcudluğu birlik daxilində inteqrasiya prosesinin ləngidən amil kimi dəyərləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR