Bank Of Baku

Heyki Talvitie: “2008-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından uğurlu il olub” - EKSKLÜZİV

Heyki Talvitie: “2008-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından uğurlu il olub” - <font color=red>EKSKLÜZİV</font>
# 04 dekabr 2008 11:47 (UTC +04:00)
Helsinki. Tamara Qriqoryeva – APA. “Hesab edirəm ki, 2008-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından uğurlu il olub və bu istiqamətdə ciddi irəliləyiş əldə edilib”. Bu sözləri APA-nın Brüsseldəki xüsusi müxbirinə açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Heyki Talvitie deyib. O, danışıqların Madrid prinsipləri əsasında aparılmasını istədiklərini və çox şeyin tərəflərin özündən asılı olduğunu söyləyib. H. Talvitie prezidentlərin Moskva görüşü və imzalanan Bəyannamənin əhəmiyyətini də vurğulayıb. Gələn il ATƏT-ə Dağlıq Qarabağ münaqişəsi ilə o qədər də tanış olmayan Yunanıstanın sədrlik edəcəyinə diqqət çəkən finlandiyalı diplomat ümid etdiyini bildirib ki, bu, həll prosesinə neqativ təsir göstərməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR