Tiflisdə Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclası başa çatıb
Hökumətlərarası komissiyanın iclası başa çatandan sonra hər iki ölkənin baş naziri birgə mətbuat konfransı keçiriblər. Onlar qeyd ediblər ki, komissiyanın iclasında Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə olunub.
Bakı-Tiflis-Qars dəmir yolunun çəkilişi layihəsi ilə bağlı jurnalistlərin suallarını cavablandıran Gürcüstanın baş naziri deyib ki, hazırda dəmir yolunun çəkilişi davam edir.
Q.Mqaloblişvili həm azərbaycanlı həmkarı ilə görüşdə, həm də hökumətlərarası komissiyanın iclasında bu məsələni müzakirə etdiklərini deyib. Baş nazir bu layihənin perspektivlərinin olduğunu söyləyib və qeyd edib ki, Gürcüstan, Türkiyə və Azərbaycanın müvafiq qurumları bu böyük layihənin həyata keçməsi üçün çalışır.
A.Rasizadə də qeyd edilən layihənin Azərbaycan hökumətinin diqqət mərkəzində olduğunu deyib. Dəmir yolunun çəkilməsi ilə bağlı arada kiçik ləngimə olduğunu qeyd edən A.Rasizadə bildirib ki, layihənin 2010-cu ildə tam başa çatacağına əmindirlər.
O, Bakı-Tiflis-Qars dəmir yolunun çəkilişi ilə bağlı üç ölkənin birgə monitorinq qrupu yaratdığını və qurumun növbəti toplantısının bu ayın ortalarında keçiriləcəyini deyib.
«Nabucco» kəmərinin Ermənistandan keçməsi mümkündürmü» sualına cavab olaraq A.Rasizadə deyib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı üçün bu məsələdən söhbət gedə bilməz. Baş nazir bildirib ki, Azərbaycan tranzit ölkə kimi əldə etdiyi infrastruktur vasitəsi ilə «Nabucco» layihəsinin yüksək səviyyədə həyata keçirilməsi istiqamətində addımlar atacaq. Baş nazir Azərbaycanın «Nabucco» layihəsində öz qaz layihələrini müəyyənləşdirdiyini də diqqətə çatdırıb.
Daha sonra toplantı iştirakçıları Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət ediblər.
Qeyd edək ki, baş nazir A.Rasizadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinə sənaye və energetika naziri Natiq Əliyev, təhsil naziri Misir Mərdanov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İsmət Abasov, xarici işlər nazirinin müavini Vaqif Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Dövlət Dəmir Yolu İdarəsinin rəisi Arif Əsgərov, Dövlət Gömrük Komitəsinin sədr müavini Rza Həsənəliyev, «SOCAR-Georgia»nın direktoru Mahir Məmmədov, Azərbaycan Dövlət Neft Şirkətinin şöbə müdiri Faiq Quliyev, Azərbaycan-Gürcüstan parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva və başqaları daxildir.
Xatırladaq ki, iclasda əsasən energetika, nəqliyyat sahəsində əməkdaşlıq, sərhəd-gömrük proseduraları, qış aylarında Azərbaycandan Gürcüstana elektrik enerjisinin ötürülməsi, ölkələr arasında ticarət dövriyyəsinin artırılması imkanları və s. məsələlər müzakirə olunub.
Xarici siyasət
XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub - YENİLƏNİB
İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
Xəbər Lenti
Kerç bərə keçidində daşımalar dayandırılıb
İsrail Ordusu Suriyanın cənubunda irəliləyir
Pakistan Baş naziri və ordu komandanı ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib - YENİLƏNİB
DÇ-2026: Yaponiya Tunisi darmadağın edib
Ukrayna Ordusu Kerç yarımadasına zərbə endirib, 4 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB
KİV: ABŞ və İran arasında İsrail-Hizbullah münaqişəsinə dair fövqəladə iclas keçiriləcək
Gəncədə evdən meyit tapılıb
ABŞ İranla danışıqları təhlükəyə atmamaq üçün İsrailə təzyiq göstərir
İtaliyanın səkkiz şəhərində həddən artıq istilik səbəbilə xəbərdarlıq edilib
KİV: ABŞ bəzi dondurulmuş aktivləri İrana qaytara bilər
DÇ-2026: Ekvador və Kurasaodan heç-heçə
Starmer 22 iyunda istefa verəcəyini açıqlaya bilər
İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə çatıb
Ağ Ev: ABŞ Latın Amerikasındakı narkotik kartellərini hədəf almağa davam edəcək
Vens: İranla danışıqlar nüvə proqramını da əhatə edəcək
DÇ-2026: Almaniya Fil Dişi Sahilini çətinliklə məğlub edib
Poroşenko da Polşanın Ağ Qartal Ordenindən imtina edib
Vens: ABŞ-İran danışıqları bir neçə gün davam edə bilər
Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb
Qəbələdə ağır qəza olub, 1 nəfər ölüb
Tramp: Atəşkəs dövründəki 60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq
Hindistan üç xam neft tankerinin Hörmüz boğazından keçdiyini açıqlayıb
ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var
DÇ-26: Niderland İsveçi darmadağın etdi
Polşanın qərarından sonra Kuçma və Yuşşenko Polşa ordenlərindən imtina ediblər
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
Türkiyədə turistləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb
XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb
Zelenski: Kiyev Belarus hökumətinə ölkənin müharibəyə sürüklənməsinin mümkün nəticələri barədə xəbərdarlıq edib
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4057 nəfərə çatıb
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayır
Netanyahu və müdafiə naziri orduya Livanda "atəşi dayandırmaq" tapşırığı verib
SEPAH: Hörmüz boğazı bağlanıb
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İsveçrəyə yola düşüb
Pakistan ABŞ və İran arasında texniki danışıqların sabah İsveçrədə keçiriləcəyini açıqlayıb
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub - YENİLƏNİB
İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var
Münhendə yük qatarları toqquşub, ölən var
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib - FOTO
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub
Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib
Zaqatalada su hovuzunu təmir edən kişi yanıb
DÇ-26: Niderland İsveçə qarşı
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Flora Kərimova xəstəxanadan evə buraxılıb
UFC döyüşçüsü Rafael Fiziyev Azərbaycana gəlib
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Aralıq dənizində ardıcıl iki zəlzələ baş verib