Bank Of Baku

Həmsədr ölkələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış edib

Həmsədr ölkələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış edib
# 04 dekabr 2008 12:17 (UTC +04:00)
APA-nın Helsinkidə olan xüsusi müxbirinin verdiyi məlumata görə, mətbuat qarşısında verilən bəyanatda həmsədr ölkələrin xarici siyasət idarələrinin rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini prezidentlərin Moskva görüşündə yaranan konstruktiv və pozitiv impulsdan istifadə etməyə çağırıblar: “Moskvada imzalanmış Bəyannamə bölgədə sülh əldə olunması baxımından çox şey vəd edən yeni mərhələ açıb. Bəyannamədə prezidentlər münaqişənin Madrid təklifləri əsasında dinc yolla həllinə bağlılıqlarını təsdiqləyiblər. Biz tərəfləri yaxın aylarda baza prinsipləri üzərində işi başa çatdırmaq üçün səy göstərməyə və daha sonra bu təməl əsasında sülh razılaşması layihəsini hazırlamağa başlamağa səsləyirik. Biz həmçinin qarşılıqlı etimadı artıran tədbirlər həyata keçirməyə, bu işə hərbçilərin və mülki şəxslərin həyatını qorumaq məqsədilə snayperləri təmas xəttindən geri çəkməklə başlamağa çağırırıq. Tərəflərin biri-biri və həmsədrlərlə bərabər çalışması zəruridir. Biz bir daha münaqişənin hərbi yolla həllinin olmadığını bəyan edir və tərəfləri münaqişənin dinc yolla həllinə sadiqliklərini təsdiqləməyə çağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR