Bank Of Baku

Eka Tkeşelaşvili: “GUAM ərazisində dondurulmuş münaqişələr tezliklə həllini tapmalıdır”

Eka Tkeşelaşvili: “GUAM ərazisində dondurulmuş münaqişələr tezliklə həllini tapmalıdır”
# 04 dekabr 2008 14:19 (UTC +04:00)
Helsinki. Tamara Qriqoryeva-APA. “GUAM təkcə regional deyil, beynəlxalq təşkilat kimi də böyük rol oynayır. Bizim strukturlaşmış institutlarımız var v biz demokratikləşmə və stabillik ideyalarını irəli sürürük”. APA-nın Helsinkidəki xüsusi müxbirinin verdiyi məlumata görə, bu fikirləri ATƏT XİN Şurasının toplantısında çıxışı zamanı Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili söyləyib. O, GUAM-ın Batumi sammitinin qərarlarının qurumun Avropaya inteqrasiya ideyasına bağlılığını təsdiqlədiyini bildirib: “GUAM enerji və nəqliyyat dəhlizlərinin inkişafına xüsusi diqqət yetirir. GUAM həmçinin bütün ölkələri bu birliyə daxil olan ölkələrin ərazi bütövlüyünü tanımağa, ölkələrimizdə sülh və stabilliyin bərqərar olmasına dəstək verməyə çağırır. Ərazilərimizdəki həll olunmamış münaqişələr tezliklə həll edilməli və heç bir ölkə separatçı əraziləri müstəqil dövlət olaraq tanımamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR