Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoran Lenmarkerlə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoran Lenmarkerlə görüşüb
# 04 dekabr 2008 14:21 (UTC +04:00)
Helsinki. Tamara Qriqoryeva - APA. ATƏT xarici işlər nazirləri Şurasının Helsinkidə keçirilən toplantısında iştirak Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün bəzi ikitərəfli görüşlər keçirib. APA-nın Helsinkiyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, E. Məmmədyarov əvvəlcə ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz və Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerlə bir araya gəlib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların hazırkı mərhələsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan başqa, Azərbaycan xarici siyasət idarəsinin başçısı bu gün Türkiyənin xarici işlər naziri Əli Babacan, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos, həmçinin, Lüksemburqun xarici işlər naziri Jan Oserborqla da görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR