Bank Of Baku

Berlində Azərbaycanla bağlı iki dəyirmi masa keçiriləcək

Berlində Azərbaycanla bağlı  iki dəyirmi masa keçiriləcək
# 04 dekabr 2008 14:43 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Dekabrın 9-da Almaniyanın Konrad Adenauer Fondu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş dəyirmi masa keçiriləcək. Prezident Yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) APA-ya verilən məlumata görə, Mərkəzin rəhbəri Elxan Nuriyev bu tədbirdə “Dağlıq Qarabağ münaqişəsinin həlli modelləri” adlı əsas məruzə ilə çıxış edəcək. “Dəyirmi masa”da Fondun rəhbəri Amos Helms, almaniyalı alim-politoloq, professor Yohannes Rau, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniyanın tanınmış ekspertləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri yüksək səviyyəli diplomatları iştirak edəcəklər.
Dekabrın 10-da isə Berlində Almaniya Beynəlxalq Siyasət və Təhlükəsizlik İnstitutunda “Azərbaycanın strateji seçimi – modernləşməyə gedən yol və xarici siyasətin prioritetləri” adlı dəyirmi masa keçiriləcək. Bu tədbirdə də Elxan Nuriyevin çıxışı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR