Bank Of Baku

Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın 5-ci iclasının yekunları əsasında protokol imzalanıb

Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın 5-ci iclasının yekunları əsasında protokol imzalanıb
# 04 dekabr 2008 15:11 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə – APA. Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 5-ci iclasının yekunları əsasında protokol imzalanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın baş naziri Qriqol Mqaloblişvili protokolun ikitərəfli əməkdaşlığın geniş spektrini əhatə etdiyini deyib: “Sənəd ölkələrimiz arasında münasibətlərin inkişafında vacib rol oynayacaq”.

Azərbaycanın baş naziri Artur Rəsizadə isə iki ölkə münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Həmkarını Bakıya dəvət etdiyini söyləyən A. Rəsizadə səfərin tezliklə baş tutacağına inandığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR