Bank Of Baku

Qoran Lenmarker: “Ümidvaram ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsipləri yazadək razılaşdırılacaq” - EKSKLÜZİV

Qoran Lenmarker: “Ümidvaram ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsipləri yazadək razılaşdırılacaq” - <font color=red>EKSKLÜZİV</font>
# 04 dekabr 2008 15:15 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın Helsinkidəki xüsusi müxbirinə ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz və Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker verib. Onun sözlərinə görə, münaqişənin nizamlanması son nəticədə tərəflərin siyasi iradəsindən asılıdır: “Həll olunmalı məsələlər, fikir ayrılığı olan məqamlar var, amma inanıram ki, tərəflər bu məsələləri həll edə biləcəklər. Bu gün Azərbaycanın xarici işlər naziri ilə görüşümdə bildirdim ki, proses irəliləməli və tezliklə başa çatmalıdır. Dağlıq Qarabağ münaqişəsinin məhz indi nizamlanması çox vacibdir, onsuz da sizin regionda çoxlu qeyri-stabillik faktoru var”. Türkiyənin münaqişənin nizamlanmasında vasitəçilik təklifini müsbət qiymətləndirən Qoran Lenmarker bu təşəbbüsün təkcə Azərbaycan və Ermənistan üçün xeyirli olmadığını deyib: “Ümidvaram ki, tezliklə Türkiyə ilə Ermənistan da arasında sərhədlər açılacaq”. Xüsusi nümayəndə ümumdünya maliyyə böhranının Qafqaza da təsirsiz ötüşməyəcəyini bildirib: “Bu cür durumda region ölkələri sıx birləşməli, dostluq etməlidir. Bu, Avropanın müsbət təcrübələrindən biridir və sizə də lazım ola bilər”. Qoran Lenmarker gələn ilin fevralında regiona səfər etmək niyyətində olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR