Bank Of Baku

ABŞ dövlət katibinin müavini: “Dağlıq Qarabağla bağlı son addımlar bizi sevindirir”

ABŞ dövlət katibinin müavini: “Dağlıq Qarabağla bağlı son addımlar bizi sevindirir”
# 04 dekabr 2008 16:38 (UTC +04:00)
Helsinki. Tamara Qriqoryeva – APA. ““Dondurulmuş münaqişələr”in həlli üçün səylərimizi ikiqat artırmalıyıq. Konkret Dağlıq Qarabağla bağlı prezidentlər Əliyev və Sarkisyanın son addımları bizi sevindirir”. APA-nın Helsinkidə olan xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışında ABŞ dövlət katibinin müavini Uilyam Berns deyib. O bildirib ki, münaqişənin həlli prosesi ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilməlidir. U. Berns tərəfləri həm ikitərəfli əsasda, həm də həmsədrlərlə danışıqları davam etdirməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR