Bank Of Baku

Elmar Məmmədyarov: “Beynəlxalq hüququn bütün sənədləri Azərbaycanın ərazi bütövlüyü prinsipini əsas kimi qəbul edir”

Elmar Məmmədyarov: “Beynəlxalq hüququn bütün sənədləri Azərbaycanın ərazi bütövlüyü prinsipini əsas kimi qəbul edir”
# 04 dekabr 2008 17:05 (UTC +04:00)
APA-nın Helsinkidə olan xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O, ATƏT-in münaqişələrlə bağlı xüsusi rola malik olduğunu bildirib: “Münaqişələrin həlli, münaqişələrdən sonrakı menecment və digər məsələlərdə təşkilatın təcrübəsindən və potensialından istifadə etməliyik. ATƏT-in yalnız insan haqları məsələsinə diqqət ayırması tendensiyası bizi bir qədər narahat edir. Biz daha əhatəli və balanslaşdırılmış gündəmə tərəfdarıq”.

Dağlıq Qarabağ münaqişəsini ciddi qeyri-sabitlik mənbəyi adlandıran E. Məmmədyarov noyabrın 2-də imzalanmış Moskva Bəyannaməsini vacib sənəd kimi qiymətləndirib: “Hər iki ölkənin prezidentləri münaqişənin beynəlxalq hüquq çərçivəsində siyasi yolla həllinə çalışacaqlarını elan ediblər. Beynəlxalq hüququn bütün sənədləri Azərbaycanın ərazi bütövlüyü prinsipini əsas kimi qəbul edir. Həll prosesi bütün bölgədə pozitiv iqtisadi situasiya yaratmalıdır. Bəyannamədə qarşılıqlı etimadın gücləndirilməsindən də bəhs olunur. Önəmli olan Qarabağda həm ermənilər, həm də azərbaycanlıların normal həyatını təmin etmək, əməkdaşlıq və ünsiyyət yaratmaqdır. Ümid edirəm ki, ermənilər də bizim mövqeyimizi anlayır və dəstəkləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR