Bank Of Baku

GUAM xarici işlər nazirlərinin görüşü və GUAM+Yaponiya, GUAM+ABŞ, GUAM+Çexiya formatında toplantılar keçirilib

GUAM xarici işlər nazirlərinin görüşü və GUAM+Yaponiya, GUAM+ABŞ, GUAM+Çexiya formatında toplantılar keçirilib
# 05 dekabr 2008 08:01 (UTC +04:00)
Helsinki – APA. Helsinki şəhərində GUAM xarici işlər nazirlərinin görüşü keçirilib. APA-nın Ukrayna XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə üzv ölkələrin bölgədə sülh, təhlükəsizlik və sabitliyin təmin olunması və bu il iyulun 1-də Batumda keçirilmiş sammitin qərarlarının yerinə yetirilməsi istiqamətində qarşılıqlı fəaliyyəti müzakirə olunub. Nazirlər beynəlxalq birliyin səyləri və diqqətinin “dondurulmuş münaqişələr”in həlli istiqamətinə yönəldilməsinin zəruriliyini vurğulayıblar. Sahəvi əməkdaşlıq məsələlərinə də baxılıb və 2009-2010-cu illərdə sahəvi əməkdaşlıq üzrə əlaqələndirici olacaq ölkələrin namizədliyi razılaşdırılıb.
Bundan başqa, Helsinkidə GUAM+Yaponiya, GUAM+ABŞ və GUAM+Çexiya formatında görüşlər də keçirilib. Nazirlər narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-leqal miqrasiya ilə mübarizə məsələlərinə dair ABŞ-la əməkdaşlıq proqramı çərçivəsində hazırlanan təklifləri ABŞ tərəfinə veriblər. GUAM və ABŞ-ın sərhəd xidmətləri arasında əməkdaşlıq da müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR