Bank Of Baku

Mikloş Haraşti: “Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılması məsələsinin gündəmə gəlməsi məndə narahatlıq doğurur”

Mikloş Haraşti: “Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılması məsələsinin gündəmə gəlməsi məndə narahatlıq doğurur”
# 05 dekabr 2008 09:50 (UTC +04:00)
APA-nın Helsinkidəki xüsusi müxbirinin məlumatına görə, jurnalistlərə açıqlama verən Mikloş Haraşti görüşdə Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılması məsələsinin müzakirə olunduğunu bildirib: “Bu məsələ məndə ciddi narahatlıq doğurur, çünki bu qərar ölkədə fikir plüralizminə mənfi təsir göstərəcək. Xəbər radiostansiyaları vətəndaşa informasiya təqdim edən əsl media qurumudur. Düzdür, radioların internet səhifələri də var, lakin yenə də əsas informasiya mənbəyi radiodur, veb səhifələr əlavə mənbədir. Azərbaycanın xarici telekanallara münasibətdə də analoji addım atması arqument deyil, bunlar fərqli məsələlərdir. Telekanalları peyk antenası vasitəsilə də izləmək olar. Telekanallar əsasən əyləncə vasitəsidir, xəbər radioları isə tamam başqa şeydir”.

Mikloş Haraştinin sözlərinə görə, plüralizm və söz azadlığı ATƏT diqqət yetirdiyi əsas məsələlərdən biridir: “Buna görə də qanunvericiliyə dəyişiklik etmək lazımdır. Çünki Azərbaycan əhalisi bu radiostansiyalar vasitəsilə xəbərlər almaq hüququna malikdir. Xarici radiostansiyaların bağlanmasının Azərbaycan-Böyük Britaniya, yaxud Azərbaycan-ABŞ münasibətlərinə necə təsir edəcəyi məni narahat etmir. Mən ATƏT-in prinsiplərini müdafiə edirəm. Elmar Məmmədyarov mənə söz verdi ki, bu məsələlərlə maraqlanacaq”.

Mikloş Haraşti həbsdə olan jurnalistlər Qənimət və Sakit Zahidovlara atalarının dəfn mərasimində iştirakına icazə verilməsini müsbət qiymətləndirib: “Bu, insanpərvər addım idi. Ümidvaram ki, bu addımın ardınca jurnalistlər azadlığa buraxılacaq və bununla da Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı kədərli əhvalat başa çatacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR